IT təhlükəsizlik inzibatçısı – Aparıcı mütəxəssis

  • eManat
  • Elanın qoyulma tarixi: 12.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Şirkətin informasiya təhlükəsizliyi üzrə siyasətlərinin tətbiqi üzrə informasiya sistemlərinin müdafiəsi üsullarının araşdırılması və təhlükəsizlik tədbirlərinin tətbiqi;
• Şirkətin IT təhlükəsizlik sistemlərinin (Firewall, End Point Protection, DLP, SIEM, WAF, Access Control, və s.) qurulması, sınaqdan keçirilməsi, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi və texniki dəstək göstərilməsi;
• Şirkətin İnformasiya Sistemlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təhlükəsizlik tədbirlərinin hazırlanması və tətbiqinə nəzarət edilməsi;
• İnformasiya sistemlərinin əlçatanlığı, tamlığı və konfidensiallığını təmin etmək məqsədilə monitorinq sistemlərinin qurulması, sınaqdan keçirilməsi, sazlanması, idarə edilməsi, təkmilləşdirilməsi və texniki dəstək göstərilməsi;
• İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində tələblərin irəli sürülməsi;
• IT aktivlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə texniki təhlükəsizlik tələblərinin irəli sürülməsi;
• İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və icrasında həll yollarının tərtib olunması;

Texniki tələblər:

• Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
• Sistem, Şəbəkə və IT Təhlükəsizlik sistemlərinin inzibatçılığı üzrə 3 ildən çox iş təcrübəsi
• Firewall təhlükəsizlik sistemləri (PaloAlto, Fortinet, Cisco üstünlük veriləndir) və VPN texnologiyası üzrə texniki biliklər və iş təcrübəsi
• Zəifliklərin idarə edilməsi (Vulnerability Assessment) sistemləri (Nessus, Netwrix və s.) üzrə texniki biliklər və iş təcrübəsi
• End Point Protection Sistemlərinin (Kaspersky, Symantec, və s.) idarə edilməsi üzrə texniki biliklər və iş təcrübəsi
• LİNUX, Windows, Vmware, MS Hyper-v, MS Exchange, Office 365, Bulud texnologiyaları (Azure, AWS və s.), şəbəkə texnologiyaları və avadanlıqları (switch, router), Backup sistemləri, və s. üzrə və onların təhlükəsizliyinin təmin edilməsi üzrə texniki biliklər və iş təcrübəsi
• İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)

Bacarıqlar:

• Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
• Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
• Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarıq
• İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
• Analitik təhlil bacarığı
• Komanda şəklində işləmə bacarığı
• Daimi olaraq yeni IT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT təhlükəsizlik inzibatçısı – Aparıcı mütəxəssis” yazılmalıdır.

İşəgötürənin reytinqi