Beynəlxalq əlaqələrin inkişafı üzrə menecer

  • Medeks Hospital
  • Elanın qoyulma tarixi: 28.08.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Medeks MMC şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas istiqamətlərinə aşağıdakı sahələr daxildir:
Müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrinin qurulması və avadanlıqlarla təchiz olunması;
Kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması;
Müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik və kliniki) qurulması və təchiz olunması;
Şirkət bu günə kimi 30-dan çox müxtəlif profilli dövlət və özəl müəssisələrin qurulmasında iştirak etmişdir.

Medeks MMC Almaniyanın ADAC şirkəti ilə bir araya gələrək təyyarə vasitəsi ilə xəstə transferlərini həyata keçirtməyi planlaşdırır. Bu layihəni genişləndirmək məqsədi ilə şirkət beynəlxalq əlaqələrin inkişafı üzrə vakant yerlər üçün işçi qəbulunu elan edir.

Tələb olunan kefiyyətlər:
Yaş həddi:  20-30;
Xaricə getmək imkanı;
Ali və orta təhsil (Tibbi təhsili olanlara üstünlük veriləcək);
MS Office proqramlarında işləmək bacarığı;
Ünsiyyət qurmaq və komanda da ilə işləmək bacarığı;
Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;


Vəzifə öhdəlikləri:
Xəstəxanaların araşdırılması və əlaqələrin qurulması;
Müştəriləri əlaqələrinin genişləndirilməsi;
Sifarişlərin həyata keçirilməsi;

Vakansiya ilə maraqlanan şəxslərdən öz şəkilli CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində (ADAC) qeyd etməklə göndərmələri xahiş olunur.  Əlaqə telefonu: (+994 12) 465 60 00