Back end (Java) üzrə Menecer

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Komanda idarəetməsi üzrə təcrübə;
• JAVA proqramlaşdırma dili üzrə biliklər;
• JAVA EE işləmə prinsipi üzrə biliklər;
• Spring Core, Spring Boot, Spring Data, Spring JPA, Spring Security üzrə biliklər;
• RESTful API, SOAP API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
• GIT ilə işləmə bacarığı;
• Docker, Elasticsearch, Nomad, CI/CD, Swagger, API Gateway, Unit testing üzrə biliklər arzuolunandır;
• BPMN bilikləri və ya oxşar texnologiya üzrə təcrübə;
• SQL, PL/SQL üzrə biliklər arzuolunandır;
• Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 sentyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Back end (Java) üzrə Menecer qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi