Optik təmsilçi

  • Fokus Optika
  • Elanın qoyulma tarixi: 31.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Müştərinin qarşılanması, sifariş qaydaları haqqında məlumatlandırmaq;
• Çərçivələrin seçimində müştəriyə köməklik göstərmək;
• Müştəri sorğularını cavablandırmaq;
• Digər məhsullar haqqında müştəriyə məlumat vermək;
• Ehtiyac yaranarsa müştərini Optik ustaya yönləndirmək;
• Vitrinlərin səliqəli və təmiz olması üçün mütəmadi gözdən keçirmək;
• Sifarişlər barəsində ustanı məlumatlandırmaq;
• Rəhbərlik və ya məsul şəxsin verdiyi digər tapşırıqları icra etmək.

Vəzifə tələbləri:

• Təhsil -Orta (Ali təhsil üstünlükdür);
• Yaş həddi: 25-40;
• Təcrübə - Satış sahəsində 1 ilə qədər;
• Satış prinsipləri və texnikaları üzrə biliklər;
• Davranış etiketi qaydaları üzrə biliklər;
• Effektiv ünsiyyət, intizamlılıq, təqdimetmə bacarığı.

İş şəraiti:

• Əmək haqqı: Razılaşma əsasında;
• İş qrafiki: Həftənin 6 günü;
• AR Əmək məcəlləsinə uyğun sənədləşmə.

Qeyd: İlkin müsahibədən seçilən namizədlər peşəkar təlimlərdən sonra işlə təmin olunacaqlar.

Müraciət etmək istəyən namizədlərdən öz şəkilli CV-lərini mövzu yerində “Optik təmsilçi” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Fokus Optika tərəfindən digər vakansiyalar