UI/UX Designer (Təcrübəçi)

  • TIM Consulting
  • Elanın qoyulma tarixi: 29.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Veb, Mobil tətbiq dizaynlarının və mock-upların hazırlanması;
- Tapşırıqların təhlilində iştirak və istifadəçi ssenarilərinin hazırlanması;
- Dizayn və interfeyslərin inkişafı və tətbiqi dizayn - prototiplər də daxil olmaqla, hazır göstərilən interfeys elementlərinə qədər hazırlanması;
- İnterfeys üslubu təlimatının (UI/UX təlimatı) inkişaf etdirilməsi və saxlanması;
- Müştəri şərhləri əsasında, biznes növünə uyğun olaraq, interfeyslərin hazırlanması;
- Layihələrin həyata keçirilməsi zamanı insan – kompyüter qarşılıqlı əlaqəsini nəzərə almaq;
- Proqram təminatlarının, tətbiqetmələrin hazır interfeyslərini test etmək və müştərilər ilə müştərək şəkildə düzəlişlər etmək.

Vakansiya üzrə tələblər:

- Komanda ilə qarşılıqlı əlaqə qurma və vəzifələrin effektiv yerinə yetirilməsi üçün güclü ünsiyyət bacarıqlarının olması;
- Figma, Adobe Photoshop, Illustrator bilikləri;
- Web səhifələrinin dizayn xüsusiyyətlərini bilmək və veb üçün qrafiklərin optimallaşdırılması;
- Detallara fikir vermə bacarığı və öz fikirlərin mövcudluğu;
- Mobil cihazlara adaptasiya etmə;
- İnterfeys tətbiqinin reallaşdırılmasının keyfiyyətinə nəzarət.

CV-nizi və portfolionuzu [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda "UI/UX Dizayner Təcrübəçi" qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər tələblərə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.