Oracle Məlumat bazasının kiçik inzibatçısı

  • TIM Consulting
  • Elanın qoyulma tarixi: 25.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

- Müxtəlif sahədə fəaliyyət göstərən təşkilatlar üçün qurulmuş mövcud bazaların strukturu ilə tanışlıq
- Proqramçı mühəndislərlə bilgi paylaşımı edərək biznes prosesləri anlamaq
- Yeni və dəyişən biznes proseslərə uyğun məlumat bazalarında dəyişikliklər həyata keçirmək
- Yeni bazaların qurulması və sazlanması
- Bazaları mütəmadi olaraq nəzarətdə saxlamaq

- Şirkət Demirchi Towers-da yerləşir.
- Mehriban-dürüst iş şəraiti və kollektiv.
- Oracle Məlumat Bazaları üzrə dərin təcrübəyə malik ekspert ilə işləmək imkanı
- Sertifikatların alınması üçün (OCA, OCP vəs) ödənişlərin qarşılanması
- Karyera yüksəlişi - uğurlu namizəd gələcəkdə "Məlumatlar Bazasının Konsultinqi Xidməti"nin rəhbəri vəzifəsinə qədər yüksələ biləcəkdir
- Mükafatlandırma

- İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək, VI gün 10:00-dan 16:00-dək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Maaş: 400-600 AZN

Namizədə tələblər

- Dövlət ali təhsil müəssisələrinin məzunları (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Tətbiqi riyaziyyat, Fizika, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə)
- Oracle və ya digər DBMS-lərdən hər hansı üzrə baza biliklər
- SQL, PL/SQL üzrə baza biliklər
- Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti
- Azərbaycan dilində fikrini rahat ifadə etmə bacarığı
- Texniki ingilis dili mütləqdir
- Komandada işləmə bacarığı olmalı
- Aktiv, məsuliyyətli,stressə davamlı, işində dəqiq, ünsiyyət qurma bacarığı olan, inkişaf etməkdə israrlı olan namizədlər müraciət edə bilər

CV-lərinizi [email protected] ünvanına göndərin.

CV-ləri göndərərkən başlıq yerinə “Oracle Məlumat bazasının kiçik inzibatçısı” qeyd etməyi unutmayın.

TIM Consulting tərəfindən digər vakansiyalar