Sürücü-ekspeditor

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin iş partnyorlarına sənədlərin vaxtında və səmərəli çatdırılmasını təmin etmək;
• Mal və məhsul almaq;
• Şirkətin nəqliyyat vasitələrinin sazlığına fikir vermək;
• Şirkətin müdiriyyətin tapşırıqlarını yerinə yetirmək;
• Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması;
• Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
• Xidmət edilən avtomobilin iş zamanı qarşıya çıxan və sökülməsi tələb edilən istismar nasazlığın düzəldilməsi;
• İş şəraitində texniki yardım olmadıqda nizamlama işlərinin yerinə yetirilməsi.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Orta-ixtisas və ya ali təhsili;
• İş təcrübəsi: müvafiq sahədə azı 5 il iş təcrübəsi;
• Bakı şəhərinin qeydiyyatı;
• Azərbaycan və rus dilində sərbəst yazı və danışıq qabiliyyəti;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar