Rəngsaz

İşin təsviri

Ümumi müddəalar:

• Rəngsaz vəzifəsinə orta və ya natamam ali təhsili olan şəxs təyin olunur.

Əsas vəzifələr:

• Şirkətin istehsalat sahələrində, anbar və s. yardımçı və köməkçi işlərin yerinə yetirilməsi.
• Əməliyyat sahəsinin, üzərində dayanmaq üçün səthaltı dayaqların və bütün lazımi materialların hazırlanması.
• Tikililərin boyanılması.
• Səthlərin malalanması.
• Digər tikinti-tamamlama işlərinin həyata keçirilməsi.
• Suvaq çəkilən və boyadılan səthlərin lazımi keyfiyyətdə saxlanılması və ehtiyac olduqda təmir edilməsi.
• Sağlamlıq və təhlükəsizlik tədbirlərinin görülməsi.
• Gündəlik iş və dövri inkişafa dair nəzarətin həyata keçirilməsi və məruzə edilməsi
• Rəhbərin digər tapşırıqlarını yerinə yetirir.
• Müəssisənin ümumi qanunlarına və təhlükəsizlik qaydalarına əməl etməlidir.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar