İstehsalatda və mağazalarda reklam işlərinin kontrolu üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

• Təhsil: Ali
• Azərbaycan və Rus dillərində səlis bilməli;
• Reklam istehsalat saxində 1 il iş təcrübəsi mütləqdir;
• İstehsalat üzrə reklam materialları və Promo məhsulları barədə biliklərə malik olmalı;
• Hər bir yeni texnologiyalarla hazırlanmış promo məhsullar haqda məlumatlı olmalı;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Güclü analitika qabiliyyəti;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

• Mağazaların daxili və çöl reklamlarının vəziyyəti ilə maraqlanmaq, vaxtaşırı rəhbərliyə çöl və daxili reklamların vəziyyəti ilə bağlı hesabatlar vermək;
• Problemlər aşkarlanarsa tez və operativ qərarlar qəbul edib problemi aradan qaldırmaq;
• Təmiri ediləcək filiallarda reklam qurğularının yerlərini, növlərini, ölçüsünü, sayını təyin etməli və reklam istehsalı şirkətinə sifarişlərin verilməsinin təşkili.
• Yeni açılacaq filialın reklam qurğularının hazırlanmış plana görə reklam şirkətinə sifarişlərin verilməsinin təşkili;
• Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozları və xüsusi hesabat və təhlillər hazırlayaraq rəhbərlik üçün məlumat vermək; sual və sorğulara vaxtında cavab vermək;
• Quraşdırılan reklam qurğularının keyfiyyətli və vaxtında quraşdırılmasına nəzarət;
• Son vəziyyət ilə bağlı rəhbərliyə hesabatların verilməsi.

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Bölgələrə ezam (ezam xərci şirkət tərəfindən qarşılanır).

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıda qeyd edilən link vasitəsilə müraciət edə bilərlər:

https://jobs.talhunt.az/optimal/588-istehsalatda+ve+magazalarda+reklam+islerinin+kontrolu+uzre+mutexessis

İşəgötürənin reytinqi