Aparıcı laborant

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 23.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

• Laboratoriya tədqiqatlarının aparılmasında birbaşa iştirak edilməsi;
• İstahsalatın ehtiyacları üçün analiz, sınaq və başqa növ tədqiqatların aparılmasında iştirakı;
• Cəmiyyətə daxil olan qum və yuyulmuş qumun nəmliyinin , gil qarışığının, çəkisinin, narınlığının təyin olunması;
• Qum şlamının nəmliyi, narınlığı, xüsusi çəkisi və xüsusi səthinin (Blaine ) təyin olunması;
• Əhəng və gips daşlarının tərkibinin yoxlanılması;
• Sementin yoxlanılması (normal qatılıq, həcm çəkisi, tutma müddəti , xüsusi səthi (Blaine );
• Hazır məhsulun keyfiyyətinin yoxlanılması;
• Hazır məhsulun ölçüləri , sıxlığı, möhkəmliyi, şaxtaya davamlılığının təyin olunması;
• Lazım olan kimyəvi məhlulların hazırlanması;
• İstehsalatla bağlı bütün laborator yoxlamalar aparılması, iş yerinin təmiz saxlanılması;
• Prosedurlar üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi;
• Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi;
• Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Bu vəzifə təlimatı ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

- Təhsil: Sahə üzrə ali təhsil
- MS Office (Excell, Word) kompüter proqramlarını bilmək.
- Araşdırma və analiz etmə bacarığı olmalıdır.

İş yerinin şərtləri:

- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı razılaşma əsasında
- İş yeri: Qaradağ ray, Səngəçal qəs.Salyan şossesi 47-ci km
- İş rejimi -növbəli iş qrafiki

Əlaqə üçün [email protected] ünvanına “Aparıcı laborant” başlığı ilə CV –lərinizi göndərməniz xahiş olur.