Texnoloq

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 23.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

• İstehsalatın texnoloji hazırlığının və texniki cəhətdən yenidən qurulmasının təmin edilməsi;
• İstehsalın texnoloji rejiminin və texnoloji proseslərin avtomatlaşdırılmasının təmin edilməsi;
• Avadanlığın yerləşdirilməsi, texniki təchizatı və iş yerlərinin təşkili planlarının tərtib edilməsi;
• İstehsalat gücünün və avadanlığın yüklənməsinin hesablanması;
• Texnoloji normativləri, təlimatları, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsinin və başqa texnoloji sənədlərin işlənib hazırlanması;
• Yeni texnoloji proseslərin hazırlanması və istehsala tətbiq edilməsi üzrə eksperimental işlərin aparılmasında, yeni texniki tapşırıqların işlənib hazırlanmasında, istehsal güclərinin vaxtlı-vaxtında istifadəsi, texnologiyanın təkmilləşdirilməsi üçün texniki təşkilati tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
• Texnoloji intizama riayət olunmasına və texnoloji avadanlığın düzgün istismarına nəzarət edilməsi;
• İstehsal texnologiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi;
• Material sərfinin azalmasına, məhsulun əmək tutumunun aşağı salınmasına, əmək məhsuldarlığının artırılmasına istiqamətlənmiş istehsalın səmərəliliyinin artırılması tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
• Məhsulun əməliyyatlar üzrə marşrutunu və işlərin yerinə yetirilməsi ardıcıllığının təyin edilməsi;
• Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərinin təhlil edilməsi, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərinin işlənib hazırlanması, eləcə də buraxılan məhsul barədə gələn narazılıqların araşdırılması;
• Məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkil edilməsi;
• Məhsulun texniki nəzarəti və sınaq metodlarının işlənib hazırlanması;
• Vəzifəyə aid prosedurların yazılması;
• Prosedurlar üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi;
• Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirmək;

Namizədə tələblər:

- Təhsil: Ali (texniki)
- MS Office (Excell, Word) kompüter proqramlarını bilmək.

İş yerinin şərtləri:

- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı razılaşma əsasında
- İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
- Iş rejimi 5 günlük/ saat (08:00-17:00)

Əlaqə üçün [email protected] ünvanına “Texnoloq” başlığı ilə CV –lərinizi göndərməniz xahiş olur.