Satış təmsilçisi

  • AZEA Group
  • Elanın qoyulma tarixi: 22.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

• Ali təhsil;
• Azərbaycan vətəndaşı olmalı;
• Dizayn, tikinti və təmir xidmətlərinin satışı sahəsində 1 ildən 3 ilə qədər təcrübənin olması mütləqdir.
• Dil biliyi: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli.
• Standart İT bilik və bacarıqlar: MS Office proqramları (Word, Excel, Outlook, PowerPoint).
• Yaş həddi: 23-45.
• Şəxsi avtomobilin olması üstünlükdür (amortizasiya xərcləri qarşılanır);
• Müştəri bazası və portfoliosu olan namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

• Qoyulan satış hədəflərini həyata keçirmək;
• Potensial müştərilərin tapılması üzrə axtarışların keçirilməsi;
• İşgüzar görüşlərin təşkil olunması, işgüzar danışıqların, yazışmaların və müqavilələrin bağlanması üzrə işlərin aparılması, satış həcminin artırılması, mövcud olan müştəri bazasının genişləndirilməsi;
• Məhsulların satışı, yeni məhsulların tikinti sahələrində, ofislərdə və istehsal müəssisələrində tətbiqi, müştərilərə məhsullar və onların istifadəsi barəsində məlumatların verilməsi, müştəri suallarını əsaslandırılmış formada cavablandırılması;
• Yeni müştəriləri şirkətə cəlb etmək (görüşlər keçirərək təklifləri təqdim etmək), şirkətin keçmiş və cari inşaat layihələri haqqında məlumatlandırmaq;
• Müştərilərilərə təklif olunan dizayn (layihələndirmə), tikinti və təmir xidmətləri, keyfiyyəti və digər fərqləndirici xüsusiyyətləri haqqında ətraflı və dəqiq məlumatlar vermək;
• Müştərilərə və kommersiya tələblərinə müvafiq olaraq yeni sifarişlər əldə etmək üçün təkliflər hazırlamaq;
• Satışın təşkili məqsədi ilə müştərilər üçün təqdimatlar hazırlayaraq keçirmək;
• Rəhbərliyə satışlar haqqında həftəlik hesabatlar təqdim etmək;
• Rəhbərliyin digər yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;

Peşəkar və şəxsi keyfiyyətlər:

• Ciddi, səbirli, korporativ görünüşlü və komandada işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
• Nəticəyə istiqamətlənmiş, dinamik, enerjeli, müştəriyönümlü, aktiv, əlaqə qurmaq, inandırma və təqdimetmə qabiliyyətinə malik olmalı;
• Yüksək ünsiyyət qurmağı və danışıqlar aparmağı bacaran, işgüzar, səlist və aydın nitq qabiliyyəti və özünü ifadə etmək bacarığına malik olmalı;
• Davamlı olaraq məqsəd və hədəflərə çatmaq üçün çalışmaq bacarığı;
• Problem və maneələrin öhdəsindən gəlmək üçün səy göstərmək;
• İşi planlamaq, müştərilər üçün təqdimat hazırlamaq və təqdimat keçirmək bacarığına malik olmalı;
• Aktiv dinləmə və fikrini izah etmək qabliyyətinə malik olmalı;
• Analitik düşüncə və problemlərin həll etmə bacarıqlarına malik olmalı;
• Təşəbbüskar qərar qəbul etmə bacarığı və stressə davamlı olmalı.

Biz Sizə hansı iş şəraitini təklif edirik:

• İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
• Əmək haqqı: 800 – 1000 AZN ((net), namizədin təcrübəsindən asılı olaraq) (+ satışlardan bonus);
• Korporativ mobil nömrə və danışıq vaxtı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

CV və PORTFOLİOUNUZU [email protected] e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Satış üzrə Təmsilçi) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yuxarıda qeyd olunan e-mail ünvanına yalnız şəkilli CV-lərinizi göndərin.

Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.