Hüquqşünas

  • Embawood
  • Elanın qoyulma tarixi: 14.08.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri  : Bakı, Azərbaycan
Vəzifə adı:   Hüquqşünas
Iş qrafiki :
5 günlük / saat 09:00 – 18:00

Işin təsviri :

 Hüquqi sənədlərin hazırlamaq və ekspertiza etmək;
Tələb olunan hüquqi sənədlərin dövlət və bələdiyyə orqanlarına təqdim etmək;
Lokal normativ aktlar (təlimatlar, qaydalar, prosedurlar və s.) və mülki hüquqi xarakterli müqavilələr hazırlamaq;
Hüquqi şəxşlərin təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və icra etmək;
Şirkətin yerli və xarici partnyorlarla olan biznes əlaqələrini hüquqi tənzimləmək;
Krediti geri qaytarmayan problemli müştərilərlə iş aparmaq;
Qəbul edilmiş məhkəmə əmrləri və qətnamələrinin icra olunması üçün məhkəmə icraçıları ilə sıx işləmək.
 

Tələblər  :

 - Ali təhsil;
- Hüquq sahəsində 3 il iş təcrübəsi;
- Azərbaycan, Rus dillərini əla səviyyədə bilmək;
- "MS Office"-də işləmə bacarığı;
- Qrupla işləmə bacarığı;
- Özünü təqdim etmə və uğurlu ünsiyyət qurma bacarığı;
- Ezamiyyətə getmək.

Yaş həddi:
25-35 yaş
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı” Hüquqşünas “ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]


 

İşəgötürənin reytinqi