Satış üzrə mütəxəssis

  • Caspel
  • Elanın qoyulma tarixi: 17.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:

• Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
• Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
• Cəmiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
• Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır;
• Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır;
• Satış menecerlərinin göstərişi ilə malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
• Malların müştəriyə çatdırılmasını təmin edir;
• Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
• Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
• Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
• Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
• Müştəri barədə daxil olan bütün informasiyaları ERP proqram məhsuluna qeyd edir;
• Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
• Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
• Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir.
• Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir

Tələblər:

• Ali texniki və ya iqtisadi təhsil
• Azərbaycan, rus, ingilis dillərini tələb olunan səviyyədə bilmək
• Kompüterlə işləmək bacarığı
• 1 il əmək stajı

Fərdi keyfiyyətlər:

• Təşkilatçılıq bacarığı
• Geniş dünya görüşü və ələqələndirmə bacarığı
• Məsuliyyət hissi
• Diqqətlilik

Məşğulluq: Tam

E-mail: [email protected]