Koordinator (Lənkəran)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 15.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Mağaza müdiri olmadığı halda onu əvəz etmək;
• Əməliyyat, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işinə nəzarət etmək;
• Mağazanın stok dövriyyəsinin mərkəzdən təqdim olunan prosedur və qaydalar əsasında icrasını təmin etmək;
• Mağazanın stok ehtiyatına maddi məsuliyyət daşımaq;
• Mağazanın stok sifarişinin vaxtında, tam və düzgün təmin olunmasını, qorunmasını, vitrində sərgilənməsini təmin etmək;
• VİP müştərilərə şəxsən xidmət göstərmək;
• Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək;
• Mağaza heyətinin fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək, işçiləri motivasiya etmək və mağazada komanda ruhunu qorumaq;
• İşçilərin performansı ilə bağlı hər cür statistikaya sahib olmaq (həftə içi və həftə sonu bütün satışlar, satıcıların satış performanslarının müqayisəsi, müştəri sayma cihazı, ziyarətçi başına düşən satış və s.)

Tələblər:

• Ali təhsil;
• İdarəçilik üzrə müvafiq sahədə minimum 3 il təcrübə;
• Excel, Word, Power Point,1C biliyi
• Rus və İngilis dil biliyi arzuolunandır;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı: 800-1000+ bonus
• Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
• Şirkət daxili təlim və inkişaf imkanları
• Karyera yüksəlişi imkanı

Vakansiyaya müraciət üçün CV-nizi “KOORDİNATOR ( LƏNKƏRAN )” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi