Həkim-epidemioloq

  • Ecomedi
  • Elanın qoyulma tarixi: 15.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri.

Vəzifə öhdəlikləri:

• Şirkətdə sanitar-epidemioloji iş rejiminin təşkili və bu iş rejiminə riayət olunmasına nəzarət edilməsi;
• Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması hallarının epidemioloji araşdırılmasını aparılması;
• Yoluxucu,kütləvi qeyri-yoluxucu xəstəliklərin yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən tibbi-profilaktik tədbirlərin, dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsini təmin edilməsi;
• Dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dərman preparatlarının hazırlanmasına, həmin dərman preparatlarının effektiv və düzgün tətbiqinə nəzarət edilməsi.

Əsas tələblər:

• Yaş həddi: 28-45
• Ali təhsili (əsasən epidemioloq, sanitar həkim, infeksionist, tibbi bioloq)
• 3 ildən az olmayaraq tibbi-profilaktika sahəsində iş təcrübəsi;
• Azərbaycan (sərbəst şəkildə), rus (orta səviyyə) bilməli;
• Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri və praktik biliklər;
• Təşkilatçılıq qabiliyyəti;
• İctimaiyyətlə əlaqə qurmaq qabiliyyəti;
• Məsuliyyətli və ünsiyyətcil olmalı;
• Komandada işləmək bacarığı;
• Kompüter bilikləri: Microsoft Office (Microsoft Word, Microsoft Excel,) MS Outlook proqramlarından isifadə bacarıqları.

İş şərtləri:

• İş qrafiki: I-VI günlər 09:00-dan 18:00-dək, istirahət günü: bazar;
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
• Şirkət tərəfindən yanacaq ilə təmin edilir;
• Əmək haqqı müsahibə əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Həkim-epidemioloq” qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.