IV qrup elektrik

İşin təsviri

Əmək haqqı: 838 AZN

İş barədə məlumat:

- 6kV PQ və iki ədəd 6/0.4kV 2500kVa alçaldıcı transformatorlara nəzarət və texniki qulluq
- Fabrik ərazisində, istehsalatda işıqlanma sisteminə nəzarət və təmir işləri
- Asinxron və sinxron mühərriklərinə texniki qulluq etmə bacarığı
- Nasos, mühərrik və digər köməkçi mexanizmləri işə salmaq, dayandırmaq və xidmət etmək
- Şirkət tərəfindən nahar və transfer ilə təmin edilir
- İş qrafiki: 61 (3 növbəli iş rejimi)

Namizədə tələblər:

- Təhsil: Elektrotexnika fənninə aid xüsusi peşə-texniki məktəbi həcmində biliklər
- Elektrik qurğularında işlərin təhlükəsizliyi barədə tam təsəvvür
- Mövcud Tİ və TTQ əsasən elektrik avadanlıqlarının texniki istismar qaydalarına, mühafizə vasitələrinin istifadəsi və sınağı qaydalarına, elektrik qurğularının quraşdırılması və yanğın təhlükəsizliyi qaydalarına aid tutduğu vəzifə həcmində biliklər
- Xidmət olunan sahənin elektrik qurğuları və avadanlığının birləşmə sxeminə, işlərin təhlükəsizliyini təmin edən texniki tədbirlərə aid biliklər
- İş təcrübəsi: 3 ildən artıq
- 30 - 55 yaş

Əgər Siz də bizim peşəkar komandamıza qoşulmaq istəyirsinizsə və aşağıda qeyd etdiyimiz tələblərimizə özünüzü uyğun görürsünüzsə, CV-nizi [email protected] ünvana göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “IV qrup elektrik” şəklində göstərilməsi xahiş edilir.

Əlaqə tel: 012 310 30 01/051 300 52 99

Baku International Tobacco tərəfindən digər vakansiyalar