SMM - Kopirayter

  • Air Group
  • Elanın qoyulma tarixi: 09.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Yaş həddi: 22-35;
• Ali təhsil
• Bu sahədə ən azı 1 il iş təcrübəsi
• Azərbaycan və Rus dilində kontent yarada bilmək bacarığı
• Kreativ ideyalı
• Deadline-larla işləmək bacarığı;

İş barədə məlumat:

- Şirkətin qrafik dizayneri ilə birgə çalışaraq, Sosial Media üzrə aylıq kontent planların hazırlanması və postlar üçün ideyaların verilməsi;
- Azərbaycan və Rus (İngilis) dilində yüksək keyfiyyətli, cəlbedici mətnlərin qrammatik qaydalara uyğun olaraq yazılması;
- Sosial media hesablarının idarə olunması (Facebook, Instagram, Linkedin );
- Sosial media izləyicilərinin müraciətlərinin operativ olaraq cavablandırılması;
- Sosial media postları üçün sloqan və kreativ ideyanın verilməsi;
- Reklam məhsullarına dair sloqan, ad və mətnlərin hazırlanması;
- Yaradıcı mətn və məqalələrin yazılması, təqdimatı və tətbiqi;
- Trendləri və yenilikləri izləmək.

Əlavə məlumatlar:

• İş qrafiki: 5 gün, 09:00 – 18:00.
• Korporativ nömrə və danışıq balansı
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
• Karyera yüksəlişi perspektivi
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “SMM-Kopirayter” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.