Hüquqşunas

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 04.08.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Hüquqşunas

Bilməlidir:

- Azərbaycan Respublikasının qanunlarını;
- Mülki Məcəlləni;
- Əmək qanunvericiliyini;
- Nazirlər Kabinetinin qərarlarını;
- Prezidentin fərman və sərəncamlarını;
- Beynəlxalq qanunvericiliyi;

Öhdəliklər:

• Cəmiyyətdə normativ aktların müddəalarının düzgün tətbiq edilməsini təmin etmək;
• Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və lazım gəldikdə razılığını bildirmək (sənədlərin müvafiq yerində imza etməklə);
• Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsini təmin etmək;
• Mülki hüquqi xarakterli müqavilələri hazırlamaq, müqaviləni qarşı tərəf təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün tələb olunan sənədlər paketini hazırlamaq və icra etmək;
• Hüquqi şəxşlərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və icra etmək;
• Cəmiyyətdə kadr uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarət etmək, bu sahədə hüquqi məsləhətlər və əlverişli təkliflər vermək;

• Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə bütün zəruri prosessual imkanlardan istifadə etmək;
• Cəmiyyətə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə hüquqi vasitələrdən istifadə etməklə tədbirlər görmək;
• Tələb olunan hüquqi sənədləri lazım olan vaxtlarda dövlət və bələdiyyə orqanlarına təqdim etmək, oradan götürmək, bununla bağlı imza etmək, lazım gəldikdə tələb olunan dövlət rüsumunu ödəmək;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışlar vermək;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarını yerinə yetirmək.


Fərdi keyfiyyətlər:

- Məsuliyyət
- Diqqətlilik
- Əməksevərlik
- Nəzakətli olmaq


Dil:
- Rus dili
- İngilis dili

Əmək haqqı: Gross 1000 manat

İş yeri Sənqəçalda yerləşir. İşçi nahar və işə gəlmək üçün nəqliyyat vasitəsilə təmin olunur.

Yaş həddi 25-40.

3 il hüquqşunas kimi iş təcrübəsi lazımdır.

[email protected]