Satış rəhbər işçi

İşin təsviri

Satış rəhbər işçi namizədi

Struktur - Plastik Kartların Marketinqi və Satışı Departamenti
Vakant vəzifə - Şöbə rəisi/Baş mütəxəssis
Təhsil - Ali iqtisadi təhsil
Komputer bilikləri - Microsoft office
Minimum iş təcrübəsi - Satış sahəsində minimum 2 il iş təcrübəsi (Bank sektorunda işləyənlərə üstünlük verilir)
Dil bilikləri - Azərbaycan dili, Rus dili səlis, İngilis dilini də bilənlərə üstünlük verilir

İş barədə məlumat

Mövcud portfelin satış mütəxəssisləri arasıda bölüşdürülməsi və Portfelin ümumi idarəsini həyata keçirmək;
Müştəri portfelinin artırılması üçün ümumi satış hədəflərinin hazırlanması;
Ümumi satış hədəflərinin satış mütəxəssisləri arasında bölüşdürülməsi, hədəflərin icrasına nəzarət olunması;
Satış hədəfləri və onların icrası ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Potensial müştərilər ola biləcək şirkətlər və təşkilatların müəyyən olunması;
Potensial müştərilərə təklif paketlərinin hazırlanması, görüşlərin keçirilməsi, məhsul və xidmətlərin təqdim olunması və satışın həyata keçirilməsi;
Satış mütəxəssislərinə təlimlərin keçirilməsi;
Yeni məhsullar və xidmətlərlə bağlı təkliflərin verilməsi və onların hazırlanması prosesində iştirak edilməsi;
Bank məhsulları üzrə müxtəlif müştəri qruplarına çarpaz satış imkanlarının müəyyən olunması və həyata keçirilməsi.

Tələblər

İdarəetmə bacarığı;
Müştəri ilə ünsiyyət qurma qabiliyyəti;
İnandırma bacarığı;
Liderlik qabiliyyəti;
Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Əməkdaşlıq etmə qabiliyyəti;
Şəraitə tez uyğunlaşma qabiliyyəti;
Əmək haqqı - Razılaşma yolu ilə

CV-lərin [email protected] ünvanına yönləndirilməsini və “subject”-də “Satış rəhbər işçi” yazısının mütləq qeyd olunmasını xahiş edirik.