Mebel istehsalatı sahəsinin rəisi

  • Company
  • Elanın qoyulma tarixi: 27.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• mebel istehsalatı sahəsində işi təşkil etmək və nəzarət etmək;
• gündəlik / həftəlik / aylıq istehsal planlarının icrasına nəzarət etmək;
• istehsal heyətini idarə etmək;
• istehsal olunacaq mebelin ölçülərini hesablamaq;
• istehsal üçün tələb olunan sifarişləri hazırlamaq;
• mebel istehsalında maddi məsul şəxs qismində çıxış etmək;
• aylıq hesabatları hazırlamaq;
• istehsal proseslərini optimallaşdırmaq;
• istehsal səmərəliliyini artırmaq, qırıntıların azaldılması üçün tədbirlər görmək;
• sifarişlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
• istehsal nəticələrinə görə tam məsuliyyəti üzərinə götürmək;
• rəhbərliyə hesabat vermək;

Tələblər:

• mebel istehsalatı sahəsində və idarəedilməsində təcrübə
• istehsal proseslərinin planlamasında bilik
• mebel istehsalında tendensiyalar haqqında anlayış
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarında bilik

İş şəraiti:

• İş yeri Sumqayıtda yerləşir;
• Həftəlik 5 iş günü/saat 08:00-17:00);
• Nahar və nəqliyyat təminatı;
• Tibbi sığorta;
• AR Əmək Məcəlləsi əsasında sənədləşmə;

Namizədlər müraciət üçün CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun başlıq hissəsində “Mebel istehsalatı sahəsinin rəisi” vəzifəsinin qeyd olunması xahiş olunur.