Kredit, bazar və likvidlik risklərinin idarə olunması şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 26.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq
• Maliyyə risklərinin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlanması və yenilənməsində iştirak etmək
• Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq
• Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək
• Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək
• Risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi
• Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
• Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək
• Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi

BİLİKLƏR

• Maliyyə, Riyaziyyat, İqtisadiyyat və ya MBA təhsili
• Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı (SQL, Python və ya R proqramlarından istifadə bacarığı arzuolunandır)
• Dil bilikləri: Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərin olması, Rus dili biliyi arzuolunandır

TƏCRÜBƏ

• Risklərin idarə olunması, maliyyə və ya audit üzrə minimum 1 il təcrübə (Bank sahəsi, Big4 şirkətləri və ya sığorta şirkətlərinin birində təcrübəsi olan namizədlərə üstünlük verilir)

BACARIQLAR

• Təqdimat bacarıqları
• Komandada işləmək bacarığı
• Yaxşı ünsiyyət bacarığı
• Məntiqi və analitik düşüncə
• Risklərin müəyyən edilməsi və qarşısının alınması bacarığı
• Stressə davamlılıq
• Təşəbbüskarlıq
• Məqsədyönlülük
• Emosional stabillik və məsuliyyətli olmaq
• Böyük məlumat bazaları ilə işləmək bacarığı
• Modelləşdirmə

Son müraciət tarixi: 27 Avqust 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşəgötürənin reytinqi