Baş mühasib

İşin təsviri

İş barədə məlumat:

- Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
- Müəssisə (istehsal müəssisəsi) tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsini təmin etmək;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
- Ədv ilə yüksək səviyyədə işləmə bacarığı
- Bəyannamələrin hazırlanması və göndərilməsi;
- Şöbənin və şöbənin xidmət göstərdiyi müştərilərlə işin təşkili və idarə edilməsi;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Maliyyə hesabatların tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- E-portal proqramı ilə işləmək bacarığının olması.

Tələblər:

- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil
- Analoji sahə üzrə 5 il və ya daha çox iş təcrübəsi;
- Yaş: 25-45 yaş;
- 1C/8.3 proqramı yüksək səviyyədə bilmək;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Problemləri həll etmə, vəzifə öhdəliklərini tam və vaxtında icra etmək bacarığı olmalıdır;

İş şəraiti:

- AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
- İş qrafiki: Həftənin 5 günü
- Əmək haqqı: 1000AZN-1200 AZN

Qeyd: Konsaltinq şirkətlərində çalışmış namizədlərə üstünlük veriləcək.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Sahibkarın Məsləhət Evi MMC tərəfindən digər vakansiyalar