İş barədə:
• İllik layihələrin satışı və təşkili
• Potensial müştərilərlə ünsiyyət (zənglər, görüşlər)
• Müvafiq sənayenin monitorinqi və təhlili
• Marketinq şöbəsi ilə birlikdə layihələrin təhlili
• Materialların hazırlanmasına nəzarət edilməsi
• İştirakçılar, potensial müştərilər, dövlət dəstəyi qurumları, tərəfdaşlarla etibarlı uzunmüddətli əlaqələrin qurulması
• Keçmiş sərgi haqqında hesabatın hazırlanması (qiymətlər, iştirakçıların siyahısı)
• Sərgi konsepsiyasının hazırlanması
• Sərgi çərçivəsində tədbirlərin məzmunu üzərində iş
• Görüşlərin keçirilməsi (strategiya və logistika)
• Sponsorluğun və reklamın satışı üçün şirkətlərin siyahısının hazırlanması
• Partnyorlarla həftəlik iş, satışların izlənməsi
• Sponsorluğun, reklamların və əlavə reklamların satışı
• Xaricdəki sərgilərdə iş, ezamiyyət hesabatının tərtib edilməsi
• Həftəlik iş planının və hesabatının hazırlanması
• Reklam kampaniyasının yoxlanılması və ziyarətçiləri cəlb etmək üçün planın hazırlanması
• Sərgi ilə bağlı mətbuat konfransında təqdimat
• Müştərilərlə iş üzrə menecerin işinin gündəlik monitorinqi (ödənişlərin və müqavilələrin yoxlanılması, saytın yoxlanılması)
• Texniki şöbə ilə həftəlik iş
• Sərgidə iştirakçılarla iş və koordinasiya
Tələblər:
• Humanitar/İqtisadi sahə üzrə bakalavr ali təhsili;
• Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel), Internetdə işləmə bacarığı);
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli;
• Satış sahəsində 2-5 il iş təcrübəsi olmalı;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihə meneceri” yazaraq [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Şirkət haqqında
“Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır.