Mexanika üzrə mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri

- Ehtiyat hissələri və istehlak materiallarının vaxtlıca satınalma şöbəsindən tələb etmək
- Layihənin icrası zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək
- Alt sistemin fəaliyyəti və onunla bağlı dəyişiklik və ya yeniləmə tələblərini qiymətləndirmək və birbaşa rəhbərinə əhatəli texniki hesabat təqdim etmək
- Qurğulara texniki xidmət göstərilməsi üzrə məsul heyətin işlərini planlaşdırır, növbələşdirir, vəzifə tapşırıqları verir, nəzarət edir, yoxlayır və lazımi hallarda iş prosesində iştirak etmək.
- Qurğulara texniki baxış xidmətlərinin göstərilməsi üçün qrafiklər və metodlar hazırlamaq
- Podrat xidmətlərinin təmin olunması üçün podratçılarla əlaqə yaratmaq.
- Rutin xidmət prosedurlarını yaratmaq ve izləmək.
- Tikintisi davam edən layihələrin layihələndirmə ve icra proseslerinə nəzarət etmək
- Birbaşa rəhbərinə həftəlik, aylıq və illik hesabatlar təqdim etmək
- Layihələrdə istifadə ediləcək mexaniki avadanlıqları incələmək və quraşdırma üsullarına riayət edildiyini yoxlamaq
- Dövlət orqanlarında (FHN,AZERSU,NOC) sənədləşmə proseslərini izləmək
- İstismar qaydalarına riayət etmək.
- Layihələri yoxlamaq.

Vəzifə üzrə tələblər

Təhsil

- Mühəndislik və ya aidiyyati sahə üzrə ali təhsil.
- Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq (SNIP,NFPA,ASHEA)
- HVAC sistemləri, Su ve kanalizasiya sistemləri, Yanğınsöndurmə sistemləri və Soyuducu sistemləri üzrə biliklər.
- İngilis dili üzrə orta səviyyədə yazı və danışıq qabiliyyətinə sahib olmaq.
- Kompüter bilikləri (Microsoft Office, AutoCAD)

Tələb olunan bacarıqlar

- Şifahi və yazılı təlimatları başa düşmək və yerinə yetirmək bacarığı.
- Təhlükəsiz və səmərəli şəkildə işləmək bacarığı.
- Təzyiq altında işləmək bacarığı.
- Prioritetləri təyin edə, resursları bir yerə yığa və əməliyyatların effektivliyini idarə edə bilməlidir.
- Nəzarət olunan mühitdə sənədləşdirməni dəqiq yerinə yetirmək bacarığı.

İdeal namizədə tələblər

- Düzgün iş prosesi qurmaq bacarığı
- Güclü ünsiyyət bacarıqları
- Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək
- Vaxta əhəmiyyət vermək və ondan səmərəli istifadə
- Müstəqil və ya komanda ilə işləmə bacarığı

Əsas xüsusiyyətlər

- Yaxşı komanda təşkilatçısı
- Yüksək motivasiyalı
- Sakit, işə professional yanaşan
- İş yoldaşlarına hər zaman məsləhət verməyə və dəstək göstərməyə həvəsli
- Eibarlı və güvənilə bilən, nəzarətsiz işləyə bilən

Qeyd Maraqlanan namizədlər [email protected] email ünvanına "Mexanika üzrə mühəndis" başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.