Tır Sürücüsü

İşin təsviri

- 25-50 yaş aralığında kişi namizədlər;
- BCDE kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;
- Ən az 5 il sürücülük təcrübəsi olmalı;

Vəzifələr:

- Yüklü və qoşqulu avtomobillərin (TIR) idarəedilməsi;
- Yüklərin təyinat məntəqəsinə (ölkə daxili) əskiksiz, sağlam şəkildə və müəyyən edilmiş vaxtlarda çatdırılması;
- Ölkə xarici səfərlərə ezamla bağlı çətinliyin olmaması;
- Nəqliyyat vasitəsinə lazımi qulluğun göstərilməsi və təmiz olmasının təmin edilməsi;
- İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət edilməsi və ehtimal edilən hər bir texniki nasazlıq haqqında lazımi tədbirlərin görülməsi və həmin nasazlığın aradan qaldırılması.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı: 1000 AZN

CV-lərinizi [email protected] elektron ünvana “Tır Sürücüsü” başlığı ilə göndərməyiniz mütləqdir.