Xadimə (Ağcabədi filialı)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 16.07.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Öhdəliklər

• FİNCA mülkiyyətinin qayğısına qalmaq;
• Gündəlik təmizlik və sanitariya işlərinin yerinə yetirilməsi;
• Mebel və avadanlıqların tozunun alınması, döşəmənin süpürülüb-silinməsi, qapı və pəncərələrin silinməsi və s.;
• İş yerində təmizliyin tələb olunan standartlara cavab verməsini təmin etmək;
• Aidiyyatı menecer tərəfindən verilmiş təmizlik işlərinə aid digər tapşırıqları yerinə yetirmək

Tələb olunan bilik və bacarıqlar

• Qeyd olunan vəzifədə ən azı 1 illik iş təcrübəsi;
• Dürüstlük, təmizkarlıq, ciddilik və məsuliyyətlilik;
• Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı;
• Gigiyena qaydalarından xəbərdar olmaq;
• Aktiv və enerjili.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 23 avqust 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Xadimə (Ağcabədi filialı) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi