Şəbəkə administratoru

İşin təsviri

Avropa Azərbaycan Məktəbi

Şəbəkə administratoru vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:

• Məktəbin internet şəbəkəsi sisteminin idarə olunması
• Rəhbərliyin tapşırığı və təlimatı ilə Məktəbin internet saytında mütəmadi olaraq, yeni məlumatın yerləşdirilməsi
• Məktəbdaxili şəbəkənin (intranetin) yaradılması və Məktəb rəhbərliyinin tövsiyəsi ilə müəllim və şagirdlərin daxili şəbəkədə yerləşdirilən məlumata çıxışının təmin edilməsi
• Məktəbin daxili məlumat bazasının yaradılması, və mütəmadi yeniləşdirilməsi
• Məktəbin internet şəbəkəsinin və bilgisayarlarının daim işlək vəziyyətdə olmasını təmin etmək

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

 Kompüter mühəndisi ixtisası üzrə ən az bakalavr dərəcəsi
 Azı üç illik müvafiq iş təcrübəsi.
 İnformasiya texnologiyalarindan yüksək səviyyədə istifadə etmək bacarığı
 İşin icrası üçün tələb olunan bütün komputer proqramları üzrə bilik və təcrübə
 İngilis və rus dillərini orta səviyyədə bilmə
 
Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilatçılıq və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.
 
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
             

Sənədlər 15 avqust 2012-ci il tarixədək qəbul ediləcəkdir.

 

İşəgötürənin reytinqi