İT departamentinin rəhbəri

İşin təsviri

Avropa Azərbaycan Məktəbi

İT departamentinin rəhbəri vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:

• Məktəbin informasiya texnologiyaları departamentinə rəhbərlik
• Məktəb üçün tələb olunan müxtəlif informasiya texnologiyalarının hazırlanması və tətbiqinə rəhbərlik
• Məktəbin informasiya texnologiyaları sahəsində illik hədəflərinin müəyyənləşdirilməsi və bu hədəflərə nail olmaq üçün departamentin ümumi iş icrasının monitorinqi
• Məktəb şəbəkəsinin və müvafiq məlumat bazasının təhlükəsizliyinin təmin olunması
• Məktəbin informasiya texnologiyaları siyasətinin hazırlanması və rəhbərlik tərəfindən təsdiqindən sonra tətbiq edilməsi
• Məktəbin informasiya texnologiyaları departamentinin illik iş planının hazırlanması və rəhbərliyə təqdim olunması
• Məktəbin informasiya texnologiyaları departamentinin illik fəaliyyət hesabatlarının hazırlanması

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

 Kompüter mühəndisi ixtisası üzrə magistr dərəcəsi
 Azı üç illik müvafiq iş təcrübəsi.
 İnformasiya texnologiyalarindan yüksək səviyyədə istifadə etmək bacarığı
 İşin icrası üçün tələb olunan bütün komputer proqramları üzrə bilik və təcrübə
 İngilis və rus dillərini yaxşı səviyyədə bilmə
 
Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi nitq qabiliyyəti
• Qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə
• Həm müstəqil, həm də komanda üzvü kimi işləmə qabiliyyəti

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.
 
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
             

Sənədlər 15 avqust 2012-ci il tarixədək qəbul ediləcəkdir.

 

İşəgötürənin reytinqi