Korporativ Satış Mütəxəssisi

İşin təsviri

Öhdəliklər:

• Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması, müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması, internet və digər media kanalları üzərindən potensial müştərilərin və tenderlərin axtarışı;
• Müştəri bazasının formalaşdırılması və korporativ münasibətlərin qurulması;
• Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və təqdimatların hazırlanması;
• Sorğuların qəbul olunması , qiymətləndirilməsi və təkliflərin göndərilməsi;
• Tələb əsasında müqavilələrin hazırlanması, satış sonrası müvafiq sənədləşdirilmələrin aparılması və ödəmələrin izlənilməsi.
• Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətlərinin inkişaf etdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Satış planına uyğun işlərin aparılması

Tələblər:

• Ali təhsil
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
• Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilini bilənlərə üstünlük veriləcəkdir;
• Problemlərin təhlili və həlli, qərar vermə bacarığı;
• Ünsiyyətcil , təqdimat edə bilmə və inandırmaq bacarığı
• Məntiqi və analitik düşünmə qabiliyyəti, təşəbbüskarlıq;
• MS Office (Excel, Word, PowerPoint) proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı;
• Yaş həddi 22-34;
• 1 il korporativ mühit və əlaqədar sahədə təcrübə
• Komandada işləmək bacarığına malik olmaq

İş şəraiti

• 5 günlük iş qrafiki –09:00 – 18:00,
• Əmək haqqı : 1000 AZN, həmçinin əlavə bonuslar

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “Korporativ Satış Mütəxəssisi” yazıb [email protected] e-mail ünvanına göndərə bilərlər.