Müştəri xidmətləri şöbə rəhbəri

  • Komtec Ltd
  • Elanın qoyulma tarixi: 25.07.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müştəri xidmətləri şöbə rəhbəri

Əsas vəzifə öhdəliklər

• Müştəri xidmətləri proseslərinin perfomans/səmərəlilik göstəricilərinə əsasən (yenidən) müəyyən və idarə olunması
• Müştəri xidmətlərinin səmərəliliyinin, keyfiyyətinin mütəmadi (gündəlik, həftəlik və s.)  ölçülməsi və artırılması
• Bölmənin təşkilatı strukturunun və heyətinin formalaşdırılması, iş qrafiklərinin hazırlanmasının təmin edilməsi
• İşçilərin işə qəbulu, təlim və digər fəaliyyətlərlə (kitab, təcrübə mübadiləsi və s.) inkişafının təmin olunması, perfomanslarının idarə olunması
• Digər bölmələrlə məlumat mübadiləsinin təmin edilməsi, daxili və xarici məlumat sistemlərinin tətbiq edilməsi
• Bölmənin siyasət və prosedurlarının, standart cavablarının (FAQ) hazırlanmasının təmin edilməsi
• Müştərilərin istək və şikayətlərinin 24 saat ərzində qeydə alınmasının, operativ şəkildə həll olunmasının və cavablandırılmasının təmin edilməsi
• Müştəri istək və şikayətlərinin təhlili, hesabatlar nəticəsində tədbirlərin görülməsinn təmin edilməsi
• Ən yaxşı təcrübələrin araşdırılıb öyrənilməsi və tətbiqi, müştəri xidmətlərinin səmərəliliyinin artırılması, bölmənin işinin təkmilləşdirilməsi, bölgə ofislərin açılması və s. əlaqədar layihələrin həyata keçirilməsi

Kompetensiyalar

• Aşağıdakı qabiliyyət və bacarıqların yüksək olması
• Liderlik/rəhbərlik, təsir, danışıq aparma, konflikt həll etmə
• Konstruktiv, çevik, cəld, diqqətli, təşəbbüskar, yenilikçi, tətbiq etmə və  komanda ruhu
• Strateji, sistemli və analitik düşünmə, problem həll etmə
• Proses, keyfiyyət, nəticə və müştəriyə fokuslanan, planlama
• Stresə davamlı, səbrlə dinləyə bilən, fikirlərini aydın izah edən
• Gülərüz, nəzakətli, qayğıkeş, yardımçı, dürüst

İş təcürbəsi

• Müştəri Xidmətləri şöbəsində minimum 3 il təcrübə
• Təşkilatçılıq və rəhbərlik təcrübəsi

• CV-lərinizi e-mailin subject hissəsində vakansiyanin adini yazmaqlar (Müştəri Xidmətləri bölmə rəhbəri) [email protected] ünvanına göndərməniz rica olunur. Yalnız subject hissədə vakansiya adı yazılan e-maillərə baxılacaq.