Kitabxanaçı

İşin təsviri

Avropa Azərbaycan Məktəbi

Kitabxanaçı vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Əsas vəzifə və öhdəliklərə aşağıdakılar daxildir:

• Məktəb kitabxanasının idarəolunmasına və inkişafına cavabdehlik
• Şagidrlərin sorğularında onları dəstəkləmək, onların bütün siniflər və kurikulum üzrə məlumatın əldə edilməsi bacarığının inkişafına kömək etmək
• Lazım olarsa, hər bir kitabxana istifadəçisinin sorğusuna fərdi şəkildə yanaşmaq
• Kitabxanadakı mövcud avadanlığı inventarlaşdırmaq və avadanlığın amartizasıya müddəti barədə rəhbərliyi mütəmadi məlumatlandırmaq
• Kitabxananın məlumat bazasını daim yeniləşdirmək

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

 Azı üç illik müvafiq iş təcrübəsi
 Ingilis dilindən sərbəst istifadə bacarığı
 Kiçik yaşlılara nağıl danışma və oxu vərdişlərinin inkişafında kömək edə bilmə bacarığı və təcrübəsi
 Yüksək səviyyədə komputer biliyi, bütün Microsoft proqramlarından və internetdən istifadə bacarığı
 Proqramlaşdırılmış kataloqla (Destiny Catalogue Software) işləmə bacarığı olan və İbtidai sinif proqramı (Primary Years Programme) üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.


Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.
 
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
             

Sənədlər 14 avqust 2012-ci il tarixədək qəbul ediləcəkdir.

İşəgötürənin reytinqi