Keyfiyyətə Təminat və Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 28.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş təcrübəsi: 5 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

Vəzifə öhdəlikləri:

- Şirkətdaxili və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təsdiq olunmuş ana proseslərin işləyişinə nəzarət ermək;
- Şirkətin keyfiyyət üzrə məqsədinin və siyasətinin yaradılmasında iştirak etmək;
- Şirkətin digər strukturlarına beynəlxalq sertifikatların alınması üçün lazımi işlərin həyata keçirilməsi və izlənməsi;
- İşçi heyətin keyfiyyət üzrə sertifikasiyası sahəsində tədris kurslarının həyata keçirilməsinin izlənməsi;
- Anbarlarda hiqrometrlərin izlənilməsinə, A+A sisteminə nəzarət nəzarət etmək;
- Uyğunsuzluqlar izlənilməsinə, kök səbəb analizi aparılmasına və aradan qaldırılan uyğunsuzluqların effektivliyinin yoxlanılmasına (NCR) nəzarət etmək;
- Aparılan dəyişikliklərin rəsmiləşdirilməsinə,izlənilməsinə və bağlanış üçün sübutlar toplanılmasına (MOC) nəzarət etmək;
- Keyfiyyət sertifikasiyasına uyğun olaraq daxili auditin keçirilməsi plan-qrafikini hazırlanması;
- Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək

Tələblər:

- ISO/TS 16949, ISO 9001, ISO 14001, OHSAS 18001, ISO 29001, ISO 17025 standartlarını bilməli;
- Şirkətin keyfiyyət sahəsində siyasət və məqsədlərini bilməli;
- Keyfiyyət İdarəetmə Sistemlərinin sənədlər toplusunu bilməli;
- İş planlama və təşkil etmə bacarığı;
- Problem və konfliktləri həll etmə bacarığı;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
- MS Office proqramları biliyi;
- Əla səviyyədə Rus və İngilis dili biliyi(mütləqdir);

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “KT və KN Şöbə müdiri” yazıb CV göndərməklə müraciət edilir.