Marketing üzrə mütəxəssis

İşin təsviri

Ümumi tələblər

• Ali təhsil;
• Marketinq sahəsi üzrə minimum 3-5 il iş təcrübəsi;
• MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər;
• İnformasiyanın təhlili və analiz etmək bacarığı;
• Azərbaycan dili, İngilis və Rus dili bilikləri üzrə biliklər;

Vəzifə öhdəlikləri

• Marketinq planının hazırlanması və ona uyğun iş qrafikinin təşkili;
• Marketinqin inkişafı istiqamətində daim təhlilin aparılması;
• Şirkətin təqdim etdiyi cari, həmçinin yeni məhsul və xidmətlərin reklamının təşkil edilməsi;
• Yerli və xarici satış kanallarının (İnternet, web portallar vasitəsi ilə) müəyyən edilməsi, habelə müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanaraq icra edilməsi;
• Müştəri bazasının genişləndirilməsi və şatışın təkmilləşdirilməsi məqsədi ilə PR və reklam layihələrinin hazırlanması;
• Şirkətin məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin qiymətləndirilməsi;
• Digital Marketinq üzrə kampaniyaların təşkili və idarə edilməsi;
• Şirkətin mövcud marketinq kampaniyalarının daima nəzarətdə saxlanılması və gedişat barədə rəhbərliyin məlumatlandırılması;
• Tələbat olmayan malların və xidmətlərin bazara təqdim edilməsinin məhdudlaşdırılması;
• Şirkət strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları istiqamətində yeni məhsul və xidmətlərin təklifinin hazırlanması;
• İstifadə olunan saytların effektivliyinin artırılması;

İş şəraiti:

• Əmək haqqı 1000-1500 azn;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək
• Nahar şirkət tərəfindən təmin olunur;
• Tibbi siğorta ilə təmin olunma;
• İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected]z elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi

Zeytun Pharmaceuticals tərəfindən digər vakansiyalar