Transformasiya Meneceri

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 15.07.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün TRANSFORMASİYA MENECERİ vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” Azərbaycan üzrə 125000-dən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Məqsəd:

Transformasiya Meneceri “FINCA Azerbaijan” MMQBKT-nın lisenziyalaşdırılmış banka çevrilməsi prosesinin əlaqələndirilməsi və ona nəzarət edilməsinə məsuliyyət daşıyır. Bu vəzifəni daşıyanın əsas funksiyası “FINCA Azerbaijan” MMQBKT-nın bank fəaliyyəti ilə məşğul olması məqsədilə yalnız kredit verən təşkilatdan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tam lisenziyalaşdırılmış banka çevrilməsi prosesinə nəzarət etməkdir.

Transformasiya Meneceri vəzifəsi üçün tələb olunanlar:

• Yüksək idarəetmə səviyyəsi daxil olmaqla, bank sahəsində özünü doğrultmuş iş təcrübəsi;
• Bankın yaradılması və birləşdirilməsi sahəsində mövcud təcrübəyə yüksək üstünlük kimi baxılır; 
• Banka çevrilmə şərtləri çərçivəsində yerli icra hakimiyyəti orqanları və Mərkəzi Bankla münasibətlər qurmaq və işləmək bacarığı;
• Güclü təşkilati vərdişlər, zaman təzyiqi altında işləmək bacarığı, dəyişkən və çoxfunksiyalı iş mühiti şəraitində bir çox funksiyaları eyni anda yerinə yetirən menecer və partnyorla işləməyə imkan verən yüksək adaptasiya qabiliyyəti;
• Yüksək insanlararası münasibət və ünsiyyət qabiliyyəti;
• Güclü şifahi və yazılı təqdimat vərdişləri;
• İngilis dilini yüksək səviyyədə bilmək MÜTLƏQdir;
• Layihə İdarəetməsi sahəsində geniş təcrübə;
• Rus dilini (yazılı və şifahi) yüksək səviyyədə bilmək müsbət hal kimi qiymətləndirilir;
• Azərbaycan dilində səlis danışıq və savadlı yazı qabiliyyəti;
• Azərbaycan ərazisində səfərlərə hazır olmaq.

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 Avqust 2012-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№279/12) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəhəri, C.Cabbarlı küçəsi 44, Caspian Plaza 3, mərtəbə 8              
Telefon: (012) 596 33 84/85/86

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

 

“FINCA Azerbaijan” is seeking a TRANSFORMATİON MANAGER for its Head Office in Baku. FINCA Azerbaijan is a rapidly-growing microfinance institution, now providing loans to more than 125,000 clients across Azerbaijan.

The Transformation Manager `s job responsibilities include:

The Transformation Manager is responsible for the coordination, oversight and implementation of transformation of “FINCA Azerbaijan” LLNBCO into a licensed bank.
This position shall oversee the transitional phase during which “FINCA Azerbaijan” LLNBCO will change its operations from that of a credit-only institution to a full licensed by the Central Bank of Azerbaijan to perform banking activities.

The candidate`s requirements:

• Proven track record in banking, including at senior and top management level;
• Experience in setting up or merging banks is a strong plus;
• Good relationship and ability to work with local authorities and Central Bank as required in terms of transformation into bank;
• Strong organization skills, ability to work under high time pressure, high adaptability skills enabling to work with multi managers and partners, within changeable multi tasks environment;
• Strong interpersonal and communication skills;
• Strong verbal and written presentation skills;
• Knowledge of English is a MUST;
• Extensive experience in Project Management;
• Advance knowledge of Russian & Azerbaijani (written and spoken) would be plus.
• Readiness to travel throughout Azerbaijan.

 

If you are interested in working with FINCA on Transformation Manager position, please e-mail resume and references from 17 July to 10 August 2012 to [email protected] indicating ‘Transformation Manager, №279/12’ as the subject of the e-mail. Otherwise applications will not be reviewed. Or submit it to our office:

Baku, 44, J.Jabbarli Street, Caspian Plaza III, 8–th floor, Tel: 596 33 84/85/86 Fax: 596 33 87.

For more information about FINCA Azerbaijan, visit our website www.fincaazerbaijan.com.


 

İşəgötürənin reytinqi