Çovdar Filiz Emalı Sahəsinin elektro-mexanika bölməsində Generator sahəsi üzrə rəis

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 22.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Generator sahəsi üzrə iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
• Xüsusilə generator və idarəetmə panellərinə qüsursuz xidmət göstərmək;
• Generatorların mexaniki və elektrik hissələrinin təhlükəsiz istismarını təmin etmək
• Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən hasilat sahəsinin generator təsərrüfatını təmin etmək;
• Generator hissələrinin carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsini təmin etmək;
• Hasilat sahəsinin elektrik enerjisinin fasiləsiz işini təmin etmək, generator təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
• Generator sahəsinin enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək;
• Servis işlərinə diqqət yetirmək və iştirak etmək;
• Aidiyyəti üzrə əməliyyat prosesinə nəzarət etmək;
• Avadanlıq və ona bağlanmış aqreqat sxemlərinə, texnoloji prosesin avtomatik tənzimlənməsinə nəzarət etmək;
• Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularının yoxlanılması və qüsurların aradan qaldırılmasını təmin etmək;
• Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Müvafiq qanunvericilik aktları və normalarını;
• Maşın və generator qurğularının iş prinsiplərini;
• Sahənin qüvvədə olan standart və texniki şərtlərini;
• Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını(YTQ);
• Müxtəlif elektrik maşınları, aparatlar, ölçü, avtomatik tənzimləmə telemexanika cihazlarının qurulmasını və elektrik sxemlərini;
• Generator avadanlıqları və bu tip avadanlıqlardan anlayışı və təcrübədən keçməsi metodlarını bilməli;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə peşə və ya ali təhsil.
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi