Quraşdırıcı

  • A+A Security
  • Elanın qoyulma tarixi: 22.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Quraşdırma-servis işlərinin görülmüş işlərin şablonları əsasında və alınmış tapşırığa uyğun həyata keçirilməsi.
• İşlərin görülməsi zamanı Sifarişçinin nümayəndələri ilə əlaqə.
• Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin Sifarişçinin nümayəndələrinə təhvil-təslimi.
• Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.
• İstifadə edilən alətlərin saz vəziyyətdə saxlanması.
• İşlərin yalnız işçi geyim formasında yerinə yetirilməsi, işçi geyimin təmiz və səliqəli vəziyyətdə saxlanması.
• İnsanlarla xoşməramlı ünsiyyət qurmağı, gərgin əmək şəraitində işləməyi bacarmaq;
• Öhdəliklərini düzgün və şirkətin maraq və mənafeləri naminə təhlükəsiz yerinə yetirmək;

Tələblər:

• Ali texniki təhsil.
• Azərbaycan dili, Rus dili
• Yaş 20-30

İş şərtləri:

• Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
• İstirahət günləri – şənbə və bazar günləri
• Əmək haqqı – 500 AZN+nahar yeməyi

Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur. E-mail göndərilərkən mövzu hissəsinə "Quraşdırıcı" başlığı yazılmalıdır.