Anbardar (Gəncə filialı)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 20.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək,
• Rəhbəri olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək,
• Zədəli və servisə göndərilməli olan malların müşaiyət edici aktlara və sənədlərə uyğun vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək,
• Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirmək , motivə etmək və kollektiv ruhu qorumaq,
• Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək
• Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək,
• Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və mağaza müdirinə təqdim etmək.

Tələblər:

• Təhsil: Ali/Orta-ixtisas
• Sahə üzrə 2 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili(arzuolunandır)
• Yaxşı səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.)

Göstərilən tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu hissəsində “Anbardar ( Gəncə filialı )” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi