Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Bankın filiallarında çalışan əməkdaşların müştərilərə göstərdikləri xidmət prosesinin monitorinqi;
• Monitorinqlər zamanı əldə edilən məlumatlara əsaslanaraq təhlilin aparılması;
• Aparılan təhlillərlə bağlı hesabatların hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• İş təcrübəsi: Bank sahəsində (Əsasən əməliyyat sahəsi üzrə) 2 il iş təcrübəsi mütləqdir;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili arzuolunandır;
• Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
• Təhliletmə və operativ işləmə bacarığı;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 iyun 2021-ci il tarixinədək email-in mövzu hissəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi