Satış təmsilçisi

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 13.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Namizədə olan tələblər:

• Satış, marketinq və ya oxşar sahədə ali təhsil arzu olunandır;
• Satış sahəsində minimum 1 il iş təcrübəsi (Lüks seqmentdə təcrübə üstünlükdür);
• Azərbaycan və rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır ;
• MC Office proqramlarından istifadə bacarığı;
• Satış texnikası, metodlarını və müştəri psixologiyasını bilmək;
• Ambisiyalı, gülərüz, məsuliyyətli , nəticə yönümlü, müştəri yönümlü, yeniliyə və inkişafa meyilli, səbrli;
• Ünsiyyət, komandada işləmək, təqdim etmə bacarıqları

Vəzifə öhdəlikləri:

• Müştərilərin qarşlanması və ehtiyaclarının müəyyənləşdirilməsi
• Şourumda təmsil olunan brendlərin müştəriyə təqdim olunması və satışının həyata keçirilməsi;
• Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici özəl xüsusiyyətləri barədə məlumat verilməsi;
• Məhsulların çatdırılması və quraşdırılması işlərinin koordinasiya edilməsi
• Müştəri bazasının yaradılması və müştərilərlə düzgün iş münasibətlərinin qurulması;
• Kommersiya təkliflərinin hazırlanması
• Şourumun hər zaman səliqəli, hazır olmasına nəzarət edilməsi;
• Ehtiyac olduqda müştərilərin evini ziyarət edib, ölçülərin götürülməsi;
• Qarşıya qoyulmuş satış hədəflərinin yerinə yetirilməsi;
• Mövcud və potensial müştərilərlə mütəmadi əlaqələrin saxlanılması, özəl günlərində müştərilərə zəng olunması;
• Bazar araşdırması həyata keçirilməsi və rəqiblərin fəaliyyətinin analiz edilməsi
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi.

İş şəraiti:

• 6 günlük iş həftəsi;
• Xarici ölkələrdə sərgilərdə iştirak imkanı;
• Əmək haqqı 600 AZN + satışdan bonus (Əmək haqqı namizədin bilik, bacarıqlarına görə daha çox ola bilər)

QEYD: Seçilmiş namizədlər Collezione İtalia ilə SAT GROUP təlim və konsultasiya şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində 3 aylıq Satış Akademiyası kursunda iştirak edib satış bacarıqlarını artıracaqlar.

Vakansiyaya müraciət üçün şəkil əlavə olunmuş CV-lərinizi “Satış təmsilçisi” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. İşə qəbul prosesinin ilkin mərhələsində yalnız vəzifə tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.