Baş mühasib

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 10.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat

• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
• Gündəlik və aylıq maliyyə hesabatlarınin tərtib edilməsi;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və digər əməliyyatların aparılması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• Vergi bəyannamələrini, e-qaimə, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Namizədə tələblər

• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsini bilməli;
• 1C 8.2 və 8.3, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
• Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

İş qrafiki:

- Həftədə 6 gün 09:00 - 18:00, şənbə 13:00
- Əmək bazarında rəqabətli əmək haqqı

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini “Baş mühasib” qeyd etməklə [email protected] e- mail ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.