Memar

  • Royal Development
  • Elanın qoyulma tarixi: 10.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Müvafiq sahə üzrə minimum 5 il təcrübə;
• Ali təhsil (memarlıq sahəsi üzrə);
• Dil biliyi (rus, türk dili);
• Microsoft Office, AutoCad, 3Ds Max proqramlarında işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

• Müxtəlif məqsədlər üçün tikilən obyektlərin, kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib, hazırlanmasına texniki tərəfdən icra edilməsinə nəzarət etmək;
• Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək;
• Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin bütövlüyünü təmin etmək;
• Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək.
İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 İyun, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına, mövzu hissəsində “Memar” qeyd edərək göndərə bilərlər.