Analitika şöbəsinin aparıcı mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 10.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər

• Şöbənin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir
• Data əsaslı fəaliyyət strategiyası və qərar qəbuletmə ilə bağlı təkliflər verir
• Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil edir, aparılmış analizlər əsasında hesabat və təkliflərin hazırlanmasını təşkil edir
• Statistik məlumatların toplanması istiqamətində təkliflər verir və icrasında iştirak edir
• Dövri statistik icmalın hazırlanması, statistika üçün məlumatların toplanması və ümumiləşdirilməsində iştirak edir
• BI (Business Intelligence) texnologiyalarının tətbiq olunmasını, müvafiq sistemlərin qurulmasını təşkil edir və idarə edilməsində iştirak edir
• Hesabatların düzgünlüyünə nəzarət edir və uyğunsuzluq olarsa, operativ olaraq müvafiq işçiləri məlumatlandırır və uyğunsuzluğun həllini təmin edir
• Hesabatların sürətli və effektiv işləməsini təmin edir
• Deskriptiv, Diaqnostik və Prediktiv hesabatların və təhlillərin hazırlanmasını, qərar qəbuletməyə təsir edəcək hesabat və rəylərin formalaşdırılması və təqdim olunmasını təşkil edir
• Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir

Tələblər

• Dəqiqlik, detallara qarşı diqqətlilik
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti
• Statistik və ekonometrik biliklər
• Yüksək səviyyədə Microsoft Excel üzrə biliklər
• İri həcmli məlumat bazası və SQL sorğu dili ilə işləmək bacarığı
• Vizuallaşdırma alətləri ilə işləmə bacarığı
• Data analitika alətlərindən (Python, R, və s.) ən azı biri ilə işləmə bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi