Sosial media marketinqi üzrə mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 07.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında məlumat:

Şirkətimiz təhsil-tədris sahəsində öz sözünü demiş, qabaqcıl şirkətlərdən biridir. Uzun müddətdir fəaliyyət göstərdiyimiz bu yolda komandamıza gənc, kreativ eyni zamanda məsuliyyətli və işinin peşəkarı bir dost axtarırıq.

Vəzifə öhdəlikləri:

- Şirkətin fəaliyyət sahəsinə uyğun olaraq hədəf kütləsinin müəyyən edilməsi;
- Müəyyən edilmiş hədəf kütləsinin maraq dairəsinə uyğunlaşdırlmış sosial media strategiyasının qurulması;
- Gündəlik kontentin (orijinal mətn, şəkillər, video və ya HTML) hazırlanması, redaktə edilməsi və şirkətin sosial media hesablarında paylaşılması;
- Sosial media hesablarında paylaşılan reklam xarakterli postların müəyyənləşdirilməsi, həmin postların müvafiq büdcəyə və zaman aralığına uyğun olaraq reklama qoyulması;
- Şirkətin fəaliyyət sahəsi ilə əlaqədar sosial media hesablarına daxil olan sorğuların - ismaric və şərhlərin cavablandırılması;

Namizəd üçün tələblər:

- Müvafiq sahədə ən azı 2 il müddətində iş təcrübəsinə sahib olmalı;
- Ali təhsil;
- Azərbaycan dilini sərbəst, İngilis dilini yaxşı, Rus dilini kafi bilməli;
- Azərbaycan dilinin qrammatik və leksik normalarına riayət edilməsi;
- Şirkətin fəaliyyət sahəsi ilə bağlı bazar araşdırmasının aparılması;
- İlkin analitika bacarıqlarına (facebook ads, google analytics və s.) sahib olmalı;
- Şirkətin rəsmi internet səhifəsinə unikal kontentin yaradılması və həmin məlumatların mütəmadi şəkildə yenilənməsi;

İş şərtləri:

- 6 günlük iş rejimi;
- Bazar ertəsi/Cümə: 09:00-18.00; Şənbə: 10:00-17:00
- Əmək haqqı müsahibə mərhələsində müzakirə ediləcəkdir.
- Əgər yuxarıda qeyd olunan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, azərbayacan dilində tərtib olunmuş “CV” və porfolio məlumatlarınızı “Sosial media marketinqi üzrə mütəxəssis” başlığı ilə “[email protected]” elektron poçt ünvanımıza göndərə bilərsiniz.

Qeyd: Azərbaycan dilində tərtib edilməyən və “Sosial media marketinqi üzrə mütəxəssis” başlığı qeyd olunmayan “CV”lərə baxılmayacaqdır.