Təlimçi

  • Company
  • Elanın qoyulma tarixi: 07.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədlərə olan əsas tələblər:

• Yaş: 25 – 30
• Təhsil: Ali
• İş təcrübəsi: minimum 2 il
• Təlimlərin təşkili, sənədləşdirilməsi və keçirilməsi barədə məlumatlı olmaq
• Səmimi, mehriban xasiyyətə malik olmaq; insanlarla tez ünsiyyət qurmaq, insan psixologiyasına bələd olmaq
• Pedaqoqluq qabiliyyəti və bacarıqlarına malik olmaq
• Əmək mədəniyyəti və iş etikası barədə məlumatlı olmaq
• Fərdi və komanda şəklində işləməyi bacarmaq
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili ( Əla ), Ingilis dili (Arzuolunandır)
• Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Outlook, Word, Excel və Power Point)

Əsas vəzifə öhdəlikləri:

• Təlimlərin sistemli və səmərəli şəkildə təşkil olunub keçirilməsi üçün insan resurslarının təlim ehtiyaclarını müəyyənləşdirmək
• İllik, yarım illik və rüblük təlim planını hazırlayaraq şirkətin rəhbərinə təqdim etmək; təlim nəticələrini ölçmək (test, məsələ və s. üsullarla) və qiymətləndirmək; təlim nəticələri haqqında hesabat hazırlamaq, onları rəhbərinə təqdim etmək və dosyalamaq
• Şirkətin bütün səviyyələrdə çalışan əməkdaşlarının bilik və praktik bacarıqlarının yüksək standartlara cavab verməsini təmin etmək məqsədilə təlim materialları hazırlamaq, onları daim yeniləmək;
• Keçirilən təlimlərin işçilərin gündəlik işi ilə əlaqələndirilməsinə nəzarət etmək
• Bilavasitə təlim keçdiyi hər bir işçi barədə rəy yazmaq (elektron və ya yazılı) və onu dosyalamaq
• Təşkil olunan bütün təlim proqramlarının səmərəliliyini monitorinq etmək və qiymətləndirmək; təlim proqramlarının səmərəliliyinin artırılması üçün təkliflər irəli sürmək
• Təlim nəticələrinə əsasən işçilərin statusunda dəyişiklik edilməsi, yaxud başqa işə keçirilməsi barədə təkliflər vermək
• Təlimlərin təkmilləşdirilməsi üçün daim axtarışda olmaq və yenilikləri tətbiq etmək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Təlimçi" qeyd edilməsi xahiş olunur.