İnzibati işlər üzrə mütəxəssis

  • Grand-Agro LLC
  • Elanın qoyulma tarixi: 01.06.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlavə məlumat

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vəzifə öhdəlikləri

• Baş və əməliyyat ofisinin avadanlıq, inventar, material və ləvazimatları ilə təchiz edir;
• Struktur bölmələrdən göndərilmiş tələbnamələrin daxili sistemdə qeydiyyatı, müvafiq alışların tamlığının yoxlanması
• Cəmiyyətin struktur bölmələrinin fəaliyyəti üçün lazım olan avadanlıqlara, texnikaya, mal və materiallara olan tələbatın ödənilməsinə inzibati dəstək göstərir;
• Daxil olan və çıxan bütün sənədlərin qeydiyyatı, struktur bölmələrə sənədlərin təhvili və sənəd dövriyyəsinin izlənməsini həyata keçirir;
• Cəmiyyətin təsərrüfat, nəqliyyat , rabitə xidmətiləri ilə əlaqədar hesabatların hazırlanması ;
• Müxtəlif növ tədbirlərin təşkilati işlərində yaxında iştirak edir, texniki dəstək göstərir;
• Mallar, işlər və xidmətlər üzrə tələbnamələrin hesabatının aparılmasını və qeydiyyata salınmasını təmin edir;
• Daxili və Xarici ezamiyyələr zamanı otel, bilet, viza və digər sənədlərin hazırlanması;
• Cəmiyyətin işçi heyətinin nahar xidmətinin qarşılanması üçün əməkdaşlıq edilən şirkət ilə koordinasiyalı işin aparılması, yeməyin keyfiyyəti ilə bağlı mütəmadi sorğuların keçirilməsi

Tələblər

• Təhsil : Təhsil - Ali
• Təcrübə: Əlaqədar sahədə minimum 1 -3 il
• Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
• İT üzrə biliklər: MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə), 1C proqramı (üstünlükdür)

Texniki Bacarıqlar

• Kargüzarlıq haqqında qaydalar üzrə biliklər
• Satınalma qaydaları haqqında biliklər

Səriştəlik

• Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “İnzibati işlər üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi