Bölgə müdiri (Gəncə)

  • AEV
  • Elanın qoyulma tarixi: 31.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

• Satış metodikalarının işlənib hazırlanmasında iştirak edir.
• Müştərilərlə iş metodlarının yeni formalarının hazırlanmasında və tətbiq olunmasında, əvvəlki iş metodlarının təkmilləşdirilməsində fəal iştirak edir.
• Məhsul satışı üzrə fəaliyyətləri əlaqələndirir, satışa nəzarət edir.
• Satış nümayəndələri arasında ərazi bölgülərini apraır.
• Rəhbərlik etdiyi satış komandasına “AEV” MMC – nin satış hədəflərinə müvafiq olaraq, yerinə yetiriləbilən, dəqiq hədəflər qoyur.
• Satış təmsilçilərinin və merçendazyerlərə verilən tapşırıqların icrasına nəzarət edir.
• Şəbəkə və xüsusi müştərilərilərlə olan faəliyyətə xüsusi nəzarət edir.
• Müştərilərin ödəmə qabiliyyətindəki dəyişikliyi izləyir, borc üzrə statusları diqqətdə saxlayır.
• Müştərilərdən daxil olan şikayətlərə baxır, lazım gəldikdə danışıqlarda iştirak edir.
• Debitor borcları təhlil edir, nəzarət edir.
• Debitor borcları azalatmaq üçün tədbirlər hazırlayır və həyata keçirir.
• Debitor borcların qaytarılmasına birbaşa nəzarət edir.
• Baş verən bütün dəyişikliklər barədə satış komandasına məlumat verir, verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edir, distribyutorların və sub-distribyutorların qiymət və təşviq sahəsindəki siyasətinə riayət etməsini təmin edir.
• Ticarət nümayəndələrinə satış texnologiyası, danışıq üsulları, sövdələşmə üsullarını öyrədir.
• Hər həftə ticarət nümayəndələri ilə əraziyə çıxır, bir başa iş zamanı vəziyyəti təhlil edərkən ticarət nümayəndələrini yerində təlimləndirir.
• Aylıq, həftəlik, rüblük satış hesabatları hazırlayır, rəhbərliyə təqdim edir.
• Hər bir işçi üçün motivasiya istiqamətini müəyyənləşdirir.
• Ticarət nümayəndələrinin hər birinə gündəlik dəqiq tapşırıqlar verir, verilən tapşırıqların icrasına nəzarət edir, təqib edir.

Tələləb olunan bilik və səriştələr

• Malların satışını stimullaşdırmaq üçün işlərin təşkilinin əsasları.
• Ticarət alətlərindən istifadə xüsusiyyətləri və prinsipləri.
• Reklam növləri və reklam fəaliyyətinin təşkili əsasları.
• Pərakəndə məkanın təşkili və pərakəndə məkandan səmərəli istifadə prinsipləri.
• Ticarət meydançasında malların nümayişinin effektivliyini qiymətləndirmə metodları.
• Təklif olunan malların əsas keyfiyyəti və istehlak xüsusiyyətləri.
• Malların cari qiymətləri.
• Satış sahəsindəki müştəri davranışının modelləri.

Namizədə tələblər

• Müvafiq sahədə təcrübə: 3-5 il
• Təhsil: Ali təhsil
• Dil bilikləri: Azərbaycan, Rus dili arzuolunandır
• Yaş həddi: 25-40
• Ofis proqramları ,1C
• Şəxsi Avtomobil ( nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanır)

İş şərtləri

• 6 günlük iş həftəsi
• İş saatı 9:00 –dan 18:00 -dək
• İstirahət günü Bazar günüdür
• Əmək haqqı 800 AZN əmək haqqı

Namizədlər CV –ni [email protected] elektron ünvanının mövzu bölməsində “ Bölgə müdiri ( Gəncə) ” qeyd etməklə müraciət edə bilərlər.