Logist MMC müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün logistika xidmətlərini təklif edir. Buraya:
- Beynəlxalq daşınma;
- Gömrüklə bağlı sənədləşmə işləri;
- Yüklərin anbarlarda saxlanılması;
- Malların çatdırılmaya hazırlığı və çatdırılması;
- Yüklərin mənzil başına düzgün sayda və keyfiyyətdə təhvil verilməsinin təşkil edilməsi kimi kompleks xidmətlər daxildir.
Vəzifənin öhdəlikləri
• Ölkə daxili çatdırılma sənədlərinin təqibi və bu fəaliyyət üzrə mövcud hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
• Daxili çatdırma sənədlərinin arxivləşdirilməsinin təmin olunması
• Günlük hesabatların hazırlanması və müştərilərə təqdim edilməsi
Şərtlər
• Əmək haqqı: Namizədə uyğun olaraq 400 AZN-dən başlayaraq
• İş qrafiki: Həftə içi 9:00 – 18:00, İstirahət günü - Şənbə, Bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Şirkət nömrəsi ilə təmin olunma
Namizədə tələblər
• Ali təhsil
• Ünsiyyət bacarıqları
• Yaş limiti: 20-28 yaş
• Kollektivdə işləmə bacarığı
• MC Office proqramları ilə işləmə bacarığı (xüsusi ilə Excel bilikləri)
• Logistika sahəsində 1 ilə qədər təcrübəsi olanlara üstünlük veriləcəkdir
Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.