Kateqoriya meneceri

  • CRM Trade
  • Elanın qoyulma tarixi: 26.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Şirkətin satış planın formalaşdırılmasında iştirak etmək
• Öz illik satış planını hazırlamaq, şirkətin Direktoru tərəfindən təsdiqlənməsini təmin etmək
• Bazar və müştəri barəsində araşdırma və analizlər etmək
• Müştəriyə uyğun yanaşma tərzlərini müəyyən edərək, müştəri axtarışında iştirak etmək
• Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək
• Alınmış malların satışının artırılması üçün reklam fəaliyyətlərini icra etmək, virtual materialların dizayner vasitəsilə hazırlanaraq müştəri kütləsinə elan edilməsini təmin etmək.
• Məhsul ehtiyatının (stok) planlanmasını aşağıdakı formada icra etmək:
• İl ərzində satılmış malların siyahısını 1C proqramından çıxarmaq və analiz etmək
• ən çox satılan malların siyahısını hazırlamaq
• Tələb olunan malların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək
• Tədarükçülərlə, satınalmanın işirakı olmaq şərtilə, məhsulun xüsusiyyətləri barəsində razılaşma etmək
• Təchizatçı şirkət siyahsının və stokun, iclas keçirilərək təsdiq edilməsini təmin etmək

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Təcrübə və Texniki bacarıqlar:
• Bazar araşdırması və analizi texnikaları
• Satış texnikaları baradə biliklər
• Xarici dil bilikləri: İngilis və ya Rus dilini B2 səviyyədə bilmək
• Texnolojik məlumatlılıq
• Planlama qabiliyyəti (tələbin, stokun planlanması)

Emosional bacarıqlar və vərdişlər:
• Detallara diqqətli olma
• Müzakirə və inandırma qabiliyyəti
• Kritik düşünmə və təhlil
• Problemlərə həll edici yanaşma
• Yeniliyə açıqlıq

• Staj: 1 il
• Yaş həddi: 21—35yaş
• İş rejimi: Tam iş günü (5 gün)

Əmək haqqı: Müsahibə əsasında

Bitmə tarixi: 30.05.2021

Maraqlanan şəxslərdən "Kateqoriya Meneceri" başlığı altında cv-lərini [email protected] elektron ünvanına göndərməsi xahiş olunur.