Hüquqşünas

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 25.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Hüquq sahəsində ali təhsil;
• Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili bilikləri (üstünlükdür);
• İrəli səviyyədə MS Office bilikləri;
• Şəxsi avtomobilin olması (yanacaq Şirkət tərəfindən təmin edilir)

Vəzifə öhdəlikləri:

• Standart müqavilə formalarını və beynəlxaq müqavilələe hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
• Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
• Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq;
• İcraatında olan işlərlə bağlı aidiyyəti dövlət və məhkəmə orqanlarına müraciətləri hazırlamaq, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədləri toplamaq və Şirkəti həmin orqanlarda təmsil etmək;
• Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəltmək və məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarları icra etmək;
• Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Hüquqşünas" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.